Bu gün:

İstanbulda Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək


İsrail-İran müharibəsinin davam etdiyi bir vaxtda İstanbulda 21-22 iyun tarixlərində İƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Toplantıya Türkiyənin xarici işlər naziri Hakan Fidan rəhbərlik edəcək. Görüşdə İranın xarici işlər naziri Abbas Arakçinin də iştirakı gözlənilir. Gündəlikdə Qəzzadakı vəziyyət və regional gərginliklər olacaq. 57 üzvü olan İƏT BMT-dən sonra ən böyük siyasi təşkilat hesab olunur. Türkiyə eyni zamanda ilk dəfə Ərəb Liqasının toplantısına da ev sahibliyi edəcək.
İran-İsrail savaşı davam edərkən dünyanın gözü İstanbulda olacaq. İyunun 21-22-də xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası keçiriləcək. İclasda İranın xarici işlər naziri Abbas Arakçi də iştirak edəcək. İsrail-İran müharibəsi ətraflı müzakirə olunacaq. Regional və qlobal hadisələrin müzakirə ediləcəyi toplantının əsas gündəm maddələrindən biri də İsrailin Qəzzada həyata keçirdiyi qırğınlar olacaq.

Bu həftəsonu Xarici İşlər Nazirləri Şurasının iclası Türkiyənin İƏT toplantısına ev sahibliyi etdiyi ilk iclas deyil. 51-ci iclas Türkiyənin dördüncü dəfə şuraya ev sahibliyi edəcək. Bununla belə, bu görüş İƏT tarixində ən böyük görüşlərdən biri olacaq, təxminən min iştirakçı gözlənilir. Xarici İşlər Nazirləri Şurası Ərəb Liqasının Fövqəladə Nazirlər Konfransını da keçirəcək. Türkiyə bu konfransla tarixində ilk dəfə Ərəb Liqasının toplantısına ev sahibliyi edəcək.

Mənbə:Cnn türk 

Tərcümə etdi:Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et