Bu gün:

Planetimizdə 6-cı kütləvi yoxolma prosesi


Tədqiqatçılar, Antroposen dövrünün "Altıncı kütləvi yoxolma hadisəsinin" baş verməsini ilkin olaraq düşünüldüyündən çox pis baş veriləcəyini təxmin edin edir.

Qütb ayıları

İki makrobioloq və bir həyatşünas alim müasir "altıncı kütləvi yox olma" hadisəsinin əvvəlki tədqiqatların göstərdiyindən qat-qat pis olduğunu aşkar etdilər.

Yox olma hadisələrini daha yaxşı başa düşmək üçün Catherine Finn, Daniel Pincheira - Donoso və Florencia Grattarola Biological Reviews jurnalında dərc olunmuş tədqiqatlarında 71.000-dən çox heyvan növü üçün populyasiya tendensiyası məlumatlarını təhlil etdilər.

Son bir neçə onillikdə təbii mühitin dəyişdirilməsi, pestisidlərin və herbisidlərin istifadəsi və son zamanlarda iqlim dəyişikliyi kimi insan fəaliyyətinin qlobal biomüxtəlifliyin azalmasına səbəb olduğu aydın oldu. Bu cür fəaliyyətlər nəticəsində neçə növün nəsli kəsildiyi bilinməsə də, elm adamları nəsli kəsilmək təhlükəsi ilə ən çox üzləşən növlərin izinə düşməyə çalışırlar.

Azalan, sabit, artan və ya naməlum/qiymətləndirilməmiş populyasiya meylləri ilə hər taksonomik qrup üzrə növlərin faizi. Hər qrup soldan sağa siluetlə təmsil olunur.

Beynəlxalq Təbiəti Mühafizə Birliyi, nəsli kəsilmə riskini qiymətləndirmək üçün növlərə etiketlər təyin edir. Lakin yeni araşdırmanın arxasında duran tədqiqatçılara görə, bu siyahılar yalnız hazırda nəsli kəsilməkdə olan növləri göstərir. Yəni nəsli kəsilmək təhlükəsi olmayan növlərin populyasiya səviyyəsinin aşağı düşməsini göstərmirlər.

Bu cür tendensiyaları daha yaxşı başa düşmək üçün tədqiqatçılar qeydlər başlayandan bəri onların sayının necə dəyişdiyini görmək üçün dünya üzrə 70.000-dən çox növün mövcud populyasiya məlumatlarını araşdırdılar .

Sözügedən araşdırmada, növlərin yalnız 3 faizində artan populyasiyalar yaşadığını, 48 faizində isə azalan populyasiyalar olduğunu aşkar etdilər. Onlar həmçinin hazırda Qırmızı Siyahısında təhlükə altında olmayan növlər kimi təsnif edilən növlərin 33 faizinin əslində nəsli kəsilməyə doğru getdiyinə dair sübutlar tapdılar.

Tədqiqatçılar həmçinin aşkar ediblər ki, amfibiyalar ümumilikdə ən böyük populyasiya azalmasını yaşayıb. Bundan əlavə, onlar quşlarda, məməlilərdə və həşəratlarda böyük azalma aşkar etdilər, lakin sürünənlər və balıqlarda daha az.

Onlar həmçinin növlərin dəyişməyə daha həssas olduğu tropiklərdə populyasiyanın azalmasının daha qabarıq olduğunu aşkar etdilər. Komanda bu qənaətə gəlib ki, planetdə fəlakətli məhv hadisəsi təhlükəsi əvvəlki tədqiqatların aşkar etdiyindən qat-qat ciddidir.

Mənbə: Arkeofili.com

Tərcümə etdi: Amin Həsənli


Paylaş
Şərh əlavə et