Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bildirir ki, Tehrandakı səfirlik əməkdaşlarının geri çağırılması “ehtiyat tədbiri” olaraq həyata keçirilir.
Bu addım İran və İsrail arasındakı gərginliyin davam etdiyi bir vaxtda atılıb. Bu gün günortadan sonra İsrail İranın yeni raket hücumlarına məruz qalıb.
Bundan əvvəl İsrail ordusu Tehranda yerləşən raket istehsalı məntəqələri də daxil olmaqla, onlarca hədəfə zərbə endirdiyini açıqlayıb. Eyni zamanda, Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri İsrail-İran münaqişəsini yumşaltmaq səyləri çərçivəsində bu gün Cenevrədə iranlı həmkarları ilə danışıqlar aparıblar. Bu hadisələr fonunda Ağ Ev bildirib ki, Donald Tramp yaxın iki həftə ərzində ABŞ-nin münaqişəyə birbaşa müdaxilə edib-etməməsi ilə bağlı qərar verəcək.
Mənbə: BBC
Tərcümə etdi: Asiman Vəliyeva
