Bu gün:

Telegramın sahibi milyard dollarlıq sərvətini 100 uşaq arasında bölüşdürəcək


Telegram ani mesajlaşma proqramının yaradıcısı Pavel Durov 10 milyard dollardan çox sərvətini bioloji atası olduğu 100-dən çox uşaq arasında bölüşəcəyini açıqlayıb.

Fransada nəşr olunan Le Point jurnalına danışan Duro, "Onların hamısı mənim övladlarımdır və hamısı eyni hüquqlara sahib olacaqlar! Mən öləndən sonra onların bir-birini döyməsini istəmirəm",- deyib. 

Durov bildirib ki, o, üç fərqli partnyordan altı uşaq atası olub. O, həmçinin sperma donorluğu ilə 100-dən çox uşağın bioloji atası olduğunu qeyd edib. 

"Mən 15 il əvvəl dostuma kömək etmək üçün sperma bağışlamağa başladım. Spermumu bağışladığım klinika mənə dedi ki, 12 ölkədə 100-dən çox körpə bu yolla dünyaya gəlib”.

Durovun sərvətinin 13,9 milyard dollar (551 milyard TL) olduğu təxmin edilir. Durov Fransada mütəşəkkil cinayətkar qrup üçün qeyri-qanuni köçürmələri asanlaşdıran onlayn platforma idarə etdiyinə görə istintaq altındadır. O, ittihamları rədd edir.

Rusiyalı milyarder həmçinin bildirib ki, övladları 30 il ərzində öz mirasına daxil ola bilməyəcək.

Mənbə:BBC News

Tərcümə etdi:Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et