Bu gün:

Tramp'ın İranla bağlı planları Respublikaçılar arasında gərginlik yaradıb


ABŞ-nin sabiq prezidenti Donald Tramp-ın İsraillə birlikdə İrana hücum ehtimalı barədə verdiyi açıqlama Respublikaçılar Partiyasında fikir ayrılığına səbəb olub.

Tramp çərşənbə günü keçirilən tədbirdə İranın nüvə obyektlərinə qarşı mümkün hərbi əməliyyata ABŞ-nin qoşulub-qoşulmayacağı ilə bağlı suala “Bəlkə edərəm, bəlkə etmərəm” cavabını verib.

Onun bu mövqeyi partiyanın təcrid siyasətini dəstəkləyən və daha sərt xarici siyasət tərəfdarı olan qanadları arasında gərginlik yaradıb. ABŞ-nin yeni bir xarici münaqişəyə cəlb olunması ehtimalı partiya daxilində narahatlıq doğurur.

Mənbə: BBC News

Tərcümə etdi: Zeynəb Yunuszadə


Paylaş
Şərh əlavə et