Böyük Britaniyanın nüfuzlu “The Guardian” nəşrində dərc olunan məqalədə İsrailin Fələstin və Yaxın Şərqdə törətdiyi hərbi cinayətlərə, beynəlxalq hüquqa zidd addımlarına diqqət çəkilib.

Məqalədə qeyd olunur ki, İsrail “Tehran nüvə silahı əldə edə bilər” bəhanəsi ilə İrana qarşı əsassız hücumlar həyata keçirir. Faktiki olaraq nüvə silahına malik olan İsrail özü isə Nüvə Silahlarının Yayılmaması Müqaviləsini (NPT) imzalamaqdan və Beynəlxalq Atom Enerjisi Agentliyinin yoxlamalarından imtina edir.
Yazıda vurğulanır ki, İsrail tərəfindən Qəzza zolağının qeyri-qanuni işğalı və burada törədilən soyqırım xarakterli hücumlar, İordan çayının qərb sahilində artan zorakılıq halları, həmçinin Livan, Beyrut və Suriyaya edilən hücumlar regionda sabitliyi pozur.
Məqalədə sonda bu ifadəyə yer verilir:
“Yaxın Şərqdə İsrail qədər regional qeyri-sabitlik və terrorizmin əsas mənbəyi olan başqa bir ölkə yoxdur”.
Mənbə: TRT HABER
Tərcümə etdi: Səmayə Səftərova
