Bu gün:

İsrail-İran münaqişəsinin 7-ci günündə nələr baş verir?


İsrailin İrandakı nüvə obyektlərinə və raket bazalarına hücumundan sonra iki ölkə arasında toqquşmalar yeddinci günə qədəm qoyub.

İsrailin İrandakı nüvə obyektlərinə və raket bazalarına hücumundan sonra iki ölkə arasında toqquşmalar yeddinci günə qədəm qoyub.


İsrail ordusu cümə axşamı, iyunun 19-u səhər saatlarında İranın paytaxtı Tehranda və digər bölgələrdə bir sıra hava hücumları həyata keçirdiyini açıqlayıb. İsrailin Beerşeba şəhərindəki Soroka xəstəxanası vurulub.

Baş nazir Benyamin Neetanyahu sosial şəbəkədə "İranın terrorçu tiranları Beersheba şəhərindəki Soroka xəstəxanasına və ölkənin mərkəzi bölgələrindəki mülki əhaliyə raket zərbələri endiriblər. Biz Tehrandakı tiranları cavablandıracağıq" deyib.

İran dövlət mediası hücumun xəstəxananı deyil, onun yanındakı ordu və kəşfiyyat binalarını hədəf aldığını, xəstəxananın yalnız şok dalğasından təsirləndiyini və ciddi ziyan görmədiyini bildirib.

Mənbə:BBC news

Tərcümə etdi:Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et