İran televiziya kanallarına kiberhücum zamanı hökumət əleyhinə ritorika və etiraz çağırışları yayımlanıb. Hücumdan təsirlənən kanallar arasında Farsat və IRIB TV3 var.
İranda peyk yayımlarına edilən böyük kiberhücum ölkənin televiziya kanallarının hökumət əleyhinə ritorika və insanları küçələrə çıxmağa çağıran mesajlar yayımlamasına səbəb olub. İran televiziyasında yayımlar qəfil kəsildi, üsyana çağırışlar və etiraz mesajlarının yer aldığı görüntülər yayımlandı. Hücumdan təsirlənən kanallar arasında Farsat və IRIB TV3 var idi, hücumun isə yalnız peyk yayımlarını izləyənləri hədəf aldığı bildirilir.
İran rəsmiləri sözügedən kiberhücumun kənardan müdaxilə ilə həyata keçirildiyini bildirib. Lakin hücumun məsuliyyəti və miqyası ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. İran yalnız peyk siqnalları vasitəsilə yayımlanan seqmentin təsirləndiyini açıqladı.
Mənbə:Cnn türk
Tərcümə etdi:Çumnaz Həmzəliyeva
