Bu gün:

Türkiyə Müdafiə Naziri İran sərhədinə səfər edib


Milli Müdafiə naziri Yaşar Gülər və Türkiyə Silahlı Qüvvələri Komandanlığı İran sərhədində yoxlamalar aparıb.

Milli Müdafiə Nazirliyindən (MSB) verilən məlumata görə, Milli Müdafiə naziri Yaşar Gülər Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Quru Qoşunları komandanı ordu generalı Səlcuq Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu ilə birlikdə Vana gedib.

Van valisi Ozan Balcı tərəfindən qarşılanan nazir Yaşar Gülər İran sərhədində yoxlamalar aparıb.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et