İranın yeraltı nüvə obyektlərini vura biləcək silahlar arasında heç vaxt istifadə olunmamış və hələ də İsrailə verilməyən silahlar var.

Bu, ABŞ-nin GBU-57A/B Massive Ordnance Penetrator (MOP), dünyanın ən böyük qeyri-nüvə “bunker buster” bombasıdır. Dəqiq idarə olunan, 13,600 kiloqramlıq bomba İrandakı yeraltı komplekslərə, məsələn, dağın dərinliklərində basdırılmış Fordo uran zənginləşdirmə qurğusuna çatmaq potensialına malikdir. Lakin ABŞ indiyədək İsrailin ona girişini rədd edib.
ABŞ hökumətinə görə, GBU-57A/B "dərin basdırılmış və möhkəmləndirilmiş bunkerləri və tunelləri hədəfə almağa qadir olan böyük nüfuzedici silahdır". Altı metr uzunluğundakı bomba təxminən 61 metr dərinliyə nüfuz edə bilir, daha da dərinliklərə çatmaq üçün bir-birinin ardınca çoxlu bombalar atılır.
Boeing tərəfindən istehsal olunan MOP heç vaxt döyüşdə istifadə olunmayıb, yalnız ABŞ-ın Nyu-Meksiko ştatındakı White Sands raket sınaq poliqonunda sınaqdan keçirilib.
O, 2017-ci ildə Əfqanıstanda istifadə edilən 9800 kiloqramlıq "Bütün Bombaların Anası"ndan (MOAB) daha güclüdür.
Mənbə:Bbc news
Tərcümə etdi:Aysel Mirzəyeva
