İranın Fordo nüvə obyekti dağın dərinliklərində yerləşən və ölkənin ən möhkəm qorunan nüvə mərkəzlərindən biri hesab olunur.
İsrail rəhbərliyi bu kimi obyektlərin məhv edilməsinin əsas strateji məqsədlərindən biri olduğunu bəyan edir. Rəsmi Təl-Əviv bu obyektlərin İranın nüvə silahı əldə etməsinə şərait yaratdığını iddia edir.
Lakin ekspertlərin fikrincə, bu cür möhkəmləndirilmiş obyektləri məhv edə bilən tək silah yalnız ABŞ-də mövcuddur. İsrailin isə hazırda belə bir silahı yoxdur.
Mənbə: BBC News
Tərcümə etdi: Zeynəb Yunuszadə
