İran İnqilab Keşikçiləri Korpusu Mossad və Təl-Əvivdəki Hərbi Kəşfiyyat İdarəsinin hədəf alındığını açıqlayıb: “Əməliyyat uğurla keçib, hazırda mərkəz yanır”.

İsrail 5 gündür İrana hücum edir. Tehran raketlərlə cavab verir. İsrailin bir çox yerlərində sirenlər səslənib. “Sığınacaqlara girin” xəbərdarlığı edilib.
İran MOSSAD-ın qərargahını vurduğunu açıqlayıb. Bu bəyanatla İran İnqilabı Keşikçiləri Korpusu çıxış edib. Bildirilib ki, İsrail ordusunun Aman Kəşfiyyat Bölməsi (AMAN) və MOSSAD qərargahı vurulub.
Bu bəyanat İran Dövlət Radiosunda elan edilib. İsraildən hələlik heç bir açıqlama verilməyib.
İsrailin İrana şiddətli hücumları ilə başlayan münaqişə
İyunun 13-də İsrail ordusu İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini hədəf alan irimiqyaslı hücumlara başlayıb. Hücumlarda İran Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olub, mülki itkilərin ümumi sayı isə 224 olaraq açıqlanıb. İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.
Mənbə: TRT haber
Tərcümə etdi: Ayşən Səlimova
