Bəzi oturacaqlar boşdur. Çamadanlar başqalarının qabağına yığılır. Saxsı güllər, zinət əşyaları və yastıqlar səliqə ilə düzülüb, pərdələr bağlanıb. Sosial medianın farsdilli guşələrində dolaşan təsirli tendensiyanın adı belədir: “Evin son şəkli”.

İsrailin İrana hücumları davam edərkən yollar tıxansa və yanacaq xətləri uzansa belə, paytaxt Tehranda bir çox insanlar qaçmaq riskini gözə alıb.
"Sevdiklərimin xatirələrini və əsas ehtiyaclarını yığdım, çiçəklərimi suladım və yola düşdüm. Nə vaxtsa qayıdacağını bilmədən evdən çıxanda... bu dözülməz dərəcədə çətindir", - sosial şəbəkə istifadəçilərindən biri yazıb.

Mənbə: Bbc news
Tərcümə etdi: Aysel Mirzəyeva
