İsrail ordusu İranın mərkəzindəki yer-yer raket bazalarına yeni hücumlar təşkil etdiyini və İranın İsrailə cavab hücumları nəticəsində ölənlərin sayını 16-ya çatdırdığını açıqlayıb.
İsrail ordusundan verilən açıqlamada "Hazırda İranın mərkəzində yerləşən yer-yer raket bazalarını hədəf alırıq",- deyib. İsrail ordusunun bəyanatı israillilərə sığınacaqların yaxınlığından çıxmamaq göstərişi verildikdən sonra verilib.
İran təhlükəsizlik qüvvələri İsrail agentlərinin dron istehsal edən sexinə basqın edib. İranın təhlükəsizlik qüvvələri paytaxt Tehranda İsrail agentlərinə məxsus pilotsuz uçan aparat istehsalı sexini müəyyən edib. Dövlət televiziyası tərəfindən yayımlanan müəyyən edilmiş emalatxananın görüntülərində Tehranın Rey rayonundakı üçmərtəbəli obyektə basqın zamanı çoxlu sayda pilotsuz təyyarə hissələri və partlayıcılar nümayiş etdirilib. Bildirilib ki, təhlükəsizlik qüvvələri ölkənin müxtəlif bölgələrində əlavə dron istehsalı sexləri ola bilər və onların kimliyini müəyyən etməyə çalışır.
Digər tərəfdən, paytaxt Tehranda yollarda nəzarət-buraxılış məntəqələri qurulub və şübhəli avtomobillərdə axtarış aparılır.
İsrailin bəzi hücumları mini kamikadze dronlarla həyata keçirilir.
Mənbə:TRT haber
Tərcümə etdi:Ayşən Səlimova
