Bu gün:

Tramp İsrailin Xamaneyni öldürmə planına icazə verməyib


Reuters xəbər agentliyinin iki amerikalı rəsmiyə istinadən yaydığı xəbərə görə, ABŞ Prezidenti Donald Tramp İsrailin "İranın dini lideri Ayətullah Əli Xameneynin öldürülməsi" ilə bağlı planına razılıq verməyib.

Reuters-ə danışan mənbələrdən biri bildirib: “İranlılar amerikalı birini öldürübmü? İran bunu etməyənə qədər siyasi liderləri hədəfə almağı müzakirə belə etmərik".

Məsələ ilə bağlı sual yönəldilən İsrail Baş naziri Benyamin Netanyahu isə bu barədə şərh verməkdən imtina edib.


Mənbə:BBC NEWS

Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et