Bu gün:

İsrail 2 vətəndaşını casusluqla bağlı həbs etdirdiyini açıqlayıb


İsrail İranın göstərişi ilə casusluq və təhlükəsizlik cinayətləri törətməkdə şübhəli bilinən iki vətəndaşını həbs etdiyini açıqlayıb.

Yedioth Ahronoth qəzetinə görə, Şin-Bet və polis tərəfindən aparılan istintaqla bağlı əlavə məlumatlara yayım qadağası qoyulub. Son zamanlar İsraildə İran üçün casusluq etdikləri iddiasıyla bir çox şəxs saxlanılıb.

13 iyunda isə İsrail İranın nüvə obyektləri və hərbi rəhbərliyinə qarşı genişmiqyaslı hücumlar həyata keçirib. Bu hücumlarda İranın yüksək rütbəli hərbçiləri və 9 nüvə alimi daxil olmaqla, ümumilikdə, 78 mülki şəxs həyatını itirib.

İranın cavab zərbələrində isə 3 nəfər ölüb, 172 nəfər yaralanıb. Hücumlara görə İsrail beynəlxalq ictimaiyyət, xüsusilə, Türkiyə tərəfindən sərt tənqid olunub.

Mənbə: TRT Haber

Tərcümə etdi: Ətirə İbayeva 

Paylaş
Şərh əlavə et