Bu gün:

İranın zərər görən ərazilərinin peyk görüntüləri paylaşılıb


BBC İranın iki əsas nüvə obyektinə və digər hərbi məntəqələrinə vurulan ziyanın peyk görüntülərini paylaşıb.

Fərqli cihazlardan alınan görüntülərdə cümə günü Təbrizin cənubuna olan ilk hücumda  Natanz nüvə obyektinin necə zərər gördüyü, eləcə də hərbi hissələrin yekun vəziyyəti göstərilir. İsrail hələ də İranın bir çox bölgələrini hədəfə almağa davam edir.

Kosmos və Beynəlxalq Təhlükəsizlik İnstitutunun(ISIS) təhlilinə görə, Natanzda zərər görən obyektlərdən biri pilot yanacağın zənginləşdirilməsi zavodu, digəri isə elektrik yarımstansiyası olub. 

Cümə günü Beynəlxalq Atom Elektrik Stansiyasının rəhbəri Rafayel Qrossi Beynəlxalq Təşkilatların Təhlükəsiz şurasına məruzə edib ki, İranın uranı 60%-ə qədər zənginləşdirdiyi pilot yanacaq zənginləşdirmə zavodunun yerüstü hissəsi məhv edilib.

Qeyd edək ki, İranın zənginləşdirdiyi Uran-235 həm nüvə enerji stansiyası üçün, həm də nüvə silahları üçün vacib idi. 

Böyük Britaniya krallığının birləşmiş xidmətlər institunun  hərbi aviasiya və hava hücum sistemləri üzrə tanınmış analitik və eksperti Castin Bronk BBC -ə bildirib ki, nəticələr tam qəti olmasa da, hücumlarda GBU-31(V)3 modelləri və ya bəlkə daha xüsusi nüfuzedici GBU-28 bombalarından istifadə olunub. Bunker buster” adlandırılan bu mərmilər İsrail tərəfindən keçmişdə həm Qəzzada, həm də Livanda yeraltı obyektləri hədəfləmək üçün istifadə olunub. 

Lakin cənab Qrossi bildirir ki, "pilot yanacaq zənginləşdirmə zavodunun bir hissəsini və əsas yanacaq zənginləşdirmə zavodunu ehtiva edən yeraltı kaskad zalına fiziki hücum barədə heç bir dəlil yoxdur.  

Şənbə günü isə Beynəlxalq Atom Enerji Agentliyi (IAEA)  İsfahanda 4 strateji binanın zərər gördüyünü təsdiqləyib ki, Uranın çevrilmə müəssisəi və yanacaq lövhəsi istehsal zavodu da bura daxildir.


Mənbə: BBC

Tərcümə etdi: Rəna Qarayeva


Paylaş
Şərh əlavə et