İyunun 13-də İsrailin İranın nüvə obyektlərinə və raket bazalarına hücumlarından sonra gərginlik artıb və İranın ballistik raket atışları və iki ölkə arasında qarşılıqlı hücumlarla davam edir.

İranın atdığı raketlərin bəziləri İsrailin “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib, digərləri isə Təl-Əviv, Qüds və Bat Yama düşüb. İsrail rəsmiləri azı 10 nəfərin öldüyünü bildirib.
İran təxminən bir il əvvəl İsrailə iki ayrı raket hücumu həyata keçirmişdi: Birincisi, İsrailin 2024-cü ilin aprelində Dəməşqdəki İran səfirliyinə hücumuna cavab olaraq idi.
İkincisi isə həmin ilin iyulunda HƏMAS lideri İsmayıl Həniyənin Tehranda öldürülməsindən sonra təşkil edilib. İran buna cavab olaraq 2024-cü ilin oktyabrında İsrailə 200-ə yaxın raket zərbəsi endirib. Bildirilib ki, raketlərin əksəriyyəti İsrail və ABŞ hərbi hava qüvvələri tərəfindən ələ keçirilib.
Mənbə:BBC news
Tərcümə etdi:Aysel Mirzəyeva
