ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putin ona zəng edərək ad gününü təbrik edib. Tramp, Putinlə İsrail-İran böhranını da müzakirə etdiyini bildirib.

"O da mənim kimi İsrail-İran müharibəsinin bitməli olduğunu düşünür. Mən ona dedim ki, onun da müharibəsi bitməlidir", - Tramp deyib.
Hücumdan dərhal sonra bütün gözlərin çevrildiyi Vaşinqton ardıcıl açıqlamalar verib.
ABŞ prezidenti Donald Tramp Wall Street Journal qəzetində İsrailin hücum planından xəbərdar olduğunu təsdiqləyib.
İsrailin baş naziri Binyamin Netanyahu da ABŞ-nin məlumatlandırıldığını bildirib.
Donald Tramp 13 iyun hücumu üçün “çox uğurlu” və “mükəmməl” kimi ifadələr işlədib. O, həmçinin Truth Social-dakı paylaşımlarında İranın razılığa gəlmək şansından istifadə edə bilmədiyini iddia edib.
ABŞ dövlət katibi Marko Rubio iyunun 13-də baş verən ilk hücumlardan sonra verdiyi yazılı açıqlamada İsrailin İrana qarşı "birtərəfli hərəkət etdiyini" və Vaşinqtonun hücumlarda iştirak etmədiyini bildirib.
Mənbə:BBC news
Tərcümə etdi:Aysel Mirzəyeva
