
Ştat qubernatoru Tim Valz bildirib ki, Melissa Hortman və əri Mark naməlum şəxsin Midwestdə Minnesota qanunverici orqanının üzvlərinin evlərinə hücumu nəticəsində öldürülüb.
Digər siyasətçi, ştat senatoru Con Hoffman və həyat yoldaşı Yvette də sui-qəsd cəhdindən sağ çıxıb, hər ikisi ağır yaralanıb və təcili əməliyyat olunublar.
Hücumlar Minneapolisin ətrafı Çamplin və Bruklin Parkında baş verib.
Hər iki siyasətçi Demokrat Partiyasının yerli şöbəsinə mənsubdur.
2024-cü ildə keçmiş vitse-prezidentliyə namizəd olan qubernator Valz (Kamala Harrislə birlikdə) hücumların "siyasi motivli göründüyünü" söyləyib.
Mənbə: bbc
Tərcümə etdi: Fatimə Umarbəy
