ABŞ Ordusunun 250 illiyi ilə əlaqədar paytaxt Vaşinqtonda hərbi parad təşkil olunacaq. Tədbir ABŞ prezidenti Donald Tramp-ın 79-cu ad günü ilə eyni tarixdə, yəni 14 iyunda baş tutacaq.
Sonuncu dəfə ABŞ-də hərbi parad 1991-ci ildə keçirilib. Həmin zaman prezident Corc Buş körfəz müharibəsində xidmət edən əsgərləri təltif etmək məqsədilə bu tədbiri təşkil edib.
Hərbi paradın Amerika tarixində xüsusi yeri var. Tədbir ordu ilə dövlət arasında olan bağı daha da gücləndirmək, veteranlara ehtiram göstərmək və xalqa ordunun gücünü nümayiş etdirmək məqsədini daşıyır.
Mənbə: BBC News
Tərcümə etdi: Zeynəb Yunuszadə
