Bu gün:

ABŞ-də siyasi sui-qəsd


Demokrat Partiyasından olan ştat millət vəkili Melissa Hortman və həyat yoldaşı Mark Minnesota qubernatoru Tim Volzun verdiyi açıqlamaya görə hədəf alınaraq öldürülüblər. Qubernator Volz bunun “siyasi motivli sui-qəsd” olduğunu bildirib.

Bundan əlavə, Demokrat Partiyasından olan millət vəkili Con Hoffman və həyat yoldaşı İvet Hoffman da silahlı hücuma məruz qalıblar. Qubernator Volz onların həyatını itirməyəcəklərinə dair “ehtiyatlı nikbinlik” ifadə edib.

Hazırda hüquq-mühafizə orqanları cinayətin səbəblərini araşdırır.


Mənbə: BBC News 

Tərcümə etdi: Zeynəb Yunuszadə


Paylaş
Şərh əlavə et