İranın Neft Nazirliyi 14 iyun axşam saatlarında ölkənin cənubundakı Buşehr bölgəsində yerləşən iki böyük təbii qaz yatağının İsrail tərəfindən vurulduğunu açıqlayıb.

İran mediasının şahidlərə əsaslanan xəbərlərinə görə, Cənubi Pars qaz yatağı hədəf alınıb. Eyni bölgədə yerləşən Fajr Jam Qaz Emalı Zavodunun da vurulduğu bildirilir.
Netanyahu Tehrandakı "nüvə və ballistik raket" təhdidini hədəf aldıqlarını iddia edərək, İsrailin məqsədlərinə çatdığını bildirib və əlavə edib:
"Tehrana gedən yolu açdıq. Çox yaxın zamanda İsrail təyyarələrini və pilotlarımızı Tehran səmasında görəcəksiniz”.
İsrail ilk hücum dalğasında İranda 150 hədəfi vurub. İsrail ordusu hücum zamanı 9 iranlı nüvə alimi və mütəxəssisin öldürüldüyünü açıqlayıb.
Mənbə: BBC News
Tərcümə etdi:Səmayə Səftərova
