Bu gün:

Putin və Tramp telefonla danışdı


Rusiya vitse-prezidenti Yuri Uşakov prezident Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın telefonla danışdıqlarını və təxminən 50 dəqiqə davam edən görüşdə İran və İsrail arasındakı münaqişələri müzakirə etdiklərini açıqlayıb. İsrail və İran arasında qarşılıqlı hücumlar davam edərkən, bölgədə gərginlik günü-gündən artır. Son hadisələrdən sonra Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Rusiya mətbuatında yer alan xəbərlərə görə, Rusiya vitse-prezidenti Yuri Uşakov Putinin İsrailin İrana hücumlarını pislədiyini və iki liderin İranın nüvə proqramı ilə bağlı danışıqlara qayıtmağı istisna etmədiyini bildirib.

Uşakov həmçinin bəyan edib ki, Putin Ukrayna ilə danışıqları bərpa etməyə hazır olduğunu təsdiqləyib. Uşakov təxminən 50 dəqiqə davam edən görüşü “mənalı və faydalı” adlandırıb.

Mənbə: NTV

Tərcümə etdi: Səma İsmayılova

Paylaş
Şərh əlavə et