Bu gün:

İsrail ilə İran arasında toqquşma: 81 ölü, yüzlərlə yaralı


İsrail ilə İran arasında gərginlik daha da artıb. Tərəflər qarşılıqlı olaraq raket zərbələri endirib, Tel-Aviv, Qüds və Tehranda güclü partlayışlar yaranıb.

İsrail rəsmilərindən verilən məlumata görə, ballistik raketlər ölkənin müxtəlif hissələrini hədəf alıb. Nəticədə 3 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

İran bu hücumları İsrailin daha əvvəl İranın nüvə təsisatlarına və hərbi bazalarına yönəltdiyi zərbələrinə cavab olaraq həyata keçirib.

Birləşmiş Millətlər Təşkilatındakı İran nümayəndəsi isə bildirib ki, cümə günü həyata keçirilən hücumlarda 78 nəfər həyatını itirib, ən az 320 nəfər yaralanıb. Qurbanlar arasında çoxsaylı mülki şəxslər var.

Mənbə: BBC News 

Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et