İsrail cümə günü iyunun 13-də İranın nüvə proqramının "ürəyini" hədəfə aldığını bildirərək İrana hücumlara başlayıb.

Hücumlar paytaxt Tehran da daxil olmaqla ən azı altı şəhərdə həyata keçirilib. İran dövlət mediası hücum nəticəsində Baş Qərargah rəisi Məhəmməd Baqiri və İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlaminin həlak olduğunu bildirib. Bundan əlavə, Tehrandakı hücumda İranın Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Fəridun Abbasi və İslami Azad Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançinin də öldürüldüyü bildirilir.
İran da İnqilab Keşikçiləri Hava Qüvvələrinin komandanı Əmir Əli Hacızadənin öldürüldüyünü təsdiqləyib. İran dövlət mediası ölənlərin sayının 70-dən çox olduğunu bildirib.
İranın xarici işlər naziri Birləşmiş Millətlər Təşkilatına (BMT) göndərdiyi məktubda İsrailin hücumlarını “müharibə elanı” kimi qiymətləndirib.
İsrail ordusu İranın "İsrail ərazisinə doğru təxminən 100 PUA buraxdığını" açıqlayıb. İsrail mətbuatı bütün İHA-ların ələ keçirildiyini bildirib. İrana hücumlardan sonra İsraildə fövqəladə vəziyyət elan edilib. Ölkə, həmçinin dünyadakı bütün səfirliklərini müvəqqəti bağladığını açıqlayıb.
Mənbə: BBC news
Tərcümə etdi: Aysel Mirzəyeva
