İsrailin misli görünməmiş “Yüksələn Şir” əməliyyatı zamanı İranın yüksək rütbəli hərbçiləri, İnqilab Keşikçiləri Korpusunun (IRGC) rəhbəri, onun Hərbi-Hava Qüvvələrinin başçısı və keçmiş milli təhlükəsizlik rəhbəri öldürülüblər.

Vəfat edənlər barədə məlumatlar:
General-polkovnik Hüseyn Səlami
İranın ən güclü şəxslərindən biri sayılan Hüseyn Səlami İslam İnqilabı Keşikçiləri Korpusuna (IRGC) 2019-cu ildən rəhbərlik edib. O, birbaşa ölkənin ali dini lideri Ayətullah Əli Xameneiyə tabe idi.
CNN-in təhlükəsizlik analitiki Beth Sanner bildirib ki, Səlaminin öldürülməsi ABŞ-də Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinin zərərsizləşdirilməsinə bərabərdir: “Amerikalılar nə edərdi, təsəvvür edin,” – deyə o, hadisəni təsvir edib.
General-polkovnik Məhəmməd Bağeri
Məhəmməd Bağeri 2016-cı ildən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində çalışıb.
Əli Şəmxani
Əli Şəmxani İranın Ali Lideri Ayətullah Əli Xameneinin yaxın məsləhətçilərindən biri idi və Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlərin bərpasına dair tarixi razılaşmada Tehranın nümayəndəsi kimi iştirak edib.
Şəmxani 2013-cü ildən etibarən on il ərzində ölkənin ali milli təhlükəsizlik rəsmisi vəzifəsində çalışıb, bundan əvvəl isə İslam İnqilabı Keşikçiləri Korpusunda və Müdafiə Nazirliyində müxtəlif mühüm vəzifələrdə xidmət edib.
Mənbə: CNN
Tərcümə etdi: Rəna Qarayeva
