Bu gün:

Sahbani: “Xartumda vəba təhlükəsinə qarşı 2,6 milyon insan peyvənd olunacaq”


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Sudan nümayəndəsi Şible Sahbani ölümcül vəba epidemiyasının qarşısını almaq üçün Xartum əyalətində 2,6 milyon insanı peyvənd etməyi hədəflədiklərini açıqlayıb.Səhbani qiymətləndirmələrini Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransında onlayn iştirak edərək bildirib.

Münaqişələrin yaşandığı Sudanda bir çox insanların əsas infrastrukturun olmadığı paytaxt Xartuma qayıtmağa başladığını qeyd edən Sahbani bir çox ailələrin təmiz və təhlükəsiz su tapa bilmədiklərini, təhlükəli, çirkli mənbələrdən su içmək məcburiyyətində qaldıqlarını bildirib.

"Həddindən artıq izdihamlı yaşayış şəraiti, təhlükəli su və çökən səhiyyə sistemi dağıdıcı vəba epidemiyasına səbəb olan ölümcül qarışıqlıq yaradıb. 2024-cü ilin iyul ayından bu yana ştatda 20,000-dən çox yoluxma və 250 əlaqəli ölüm faktı qeydə alınıb. Paytaxtın yaxınlığındakı Xartum əyalətində və digər ərazilərdə də kəskin artım qeydə alınıb. İyun ayında 1815 hadisələr qeydə alınıb. ümummilli miqyasda 14 ştat və 98 rayonda 1854 nəfərin ölümü ilə nəticələnib”, - deyə Sahbani bildirib.

Sudan səlahiyyətlilərinin ÜST və BMT-nin Beynəlxalq Uşaq Fondunun (UNICEF) dəstəyi ilə Xartum əyalətinin yüksək riskli beş bölgəsində 10 günlük ağızdan vəba peyvəndi kampaniyasına başladığını vurğulayan Sahbani məqsədin 2,6 milyondan çox insanı qorumaq və ölümcül vəba epidemiyasının qarşısını almaq olduğunu qeyd edib.

Mənbə: Haber Global

Tərcümə etdi: Səyyarə Mirzəyeva

Paylaş
Şərh əlavə et