Hindistanın Air India aviaşirkətinə məxsus təyyarə Ahmedabad hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
Londona istiqamət götürən təyyarədə 242 sərnişin olub.
Yerli polisin verdiyi məlumata göre, qəza yerindən 204 cəsəd çıxarılıb. Lakin onların hamısının təyyarədə olub-olmadığı ilə bağlı dəqiq məlumat yoxdur.
Hazırda qəzanın səbəblərinin araşdırılması ilə əlaqədar istintaq davam etdirilir.
Mənbə: BBC News
Tərcümə etdi: Zeynəb Yunuszadə
