Bu gün:

Turistik Karaelmas Ekspresi ilk dəfə yola düşür


Ankara ilə Zonquldak arasında işləyəcək “Turistik Karaelmas Ekspresi” adlı qatar bu gün ilk səfərinə başlayır.

Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, TCDD Taşımacılık AŞ, Qərbi Qara Dəniz İnkişaf Agentliyi (BAKKA) və Zonguldak Xüsusi Vilayət İdarəsi arasında imzalanmış protokola əsasən, bu marşrut üzrə turistik səfərlər həyata keçiriləcək.

Uraloğlu qeyd edib ki, “Turistik Karaelmas Ekspresi” adlanan bu xüsusi qatarın ilk səfəri sabah başlayacaq və sərnişinlərə Qərbi Qara dənizin təbiətini və mədəniyyətini kəşf etməyə imkan verəcək.

Qatar ümumilikdə 8 dəfə səfər edəcək. Onun tərkibində 2 yeməkli, 4 yataq və 1 kuşetli vaqon olacaq. 120 sərnişin tutumuna malik bu qatar Ankaradan sabah saat 21:25-də yola düşəcək.

Şənbə səhəri Qarabük/Yeşilyenice-də 4 saatlıq dayanacaqdan sonra Zonquldaka çatacaq. Oradan şənbə gecəsi saat 23:55-də geri dönəcək.

Bazar günü isə qatar Çərkəşdə 2 saat, Çankırıda 5 saat, Kalecikdə isə 2 saat 30 dəqiqəlik dayanacaq edəcək. Eyni gün saat 19:02-də Ankaraya çatacaq.

Qatar Ankaradan 13 iyun, 26 sentyabr, 10 oktyabr və 14 noyabr tarixlərində yola düşəcək. Son səfər isə 15 noyabrda Zonquldakdan həyata keçiriləcək.

Mənbə: TRT

Tərcümə: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et