Bu gün:

Hakim Mahmud Xəlilin deportasiyasına qadağa qoyur


Hakim Tramp administrasiyasının Mahmud Xəlili deport etməsinə qadağa qoyub.

Kolumbiya Universitetinin fəalı Mahmoud Khalil mart ayında immiqrasiya zabitləri tərəfindən Nyu-Yorkdakı evində saxlanılıb və o vaxtdan Luizianada saxlanılır.

Hakim Michael Farbiarz bildirib ki, Xəlilin nə saxlanmasına, nə də deportasiyasına əsaslı səbəb yoxdur. O, ABŞ-da daimi yaşayış hüququna malikdir. Amma hökm 13 iyuna qədər təxirə salınıb ki, hökumət apellyasiya şikayət edə bilsin.  Qeyd edilən tarixə qədər isə  Xəlil hələ də saxlanılacaq.

Dövlət katibi Marco Rubio onun ABŞ-da qalmasının xarici siyasətə zərər verdiyini iddia etsə də, hakim bu arqumenti qəbul etməyib. Hakim bildirib ki, həbs Xəlilin karyerasına və ifadə azadlığına ziyan vurur ki, bu da  “geri dönüşü olmayan zərərdir”.

Xanımı Noor Abdalla onun azad edilməsini və ailəsinin yanına – yeni doğulan oğulları Deen-in yanına qayıtmasını istəyir. 
“Mən Mahmoud azad olmayınca sakitləşməyəcəm və ümid edirəm ki, o ilk Atalar Gününü bizimlə evdə keçirə biləcək”, - deyə bildirib

Mənbə:BBC

Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et