Bu gün:

Hindistanda təyyarə qəzası baş verib


Air India-ya məxsus sərnişin təyyarəsi Hindistanın  Əhmədabad şəhərində havaya qalxarkən qəzaya uğrayıb və həkimlərin qaldığı yataqxanaya çırpılıb. Təyyarədə 242 sərnişin və ekipaj üzvü olub. Polisin dediyinə görə, sağ qalan yoxdur, amma Air India CEO-su bir neçə nəfərin xəstəxanaya yerləşdirildiyini deyib. 4 tələbənin isə itkin düşdüyü bildirilib.
Təyyarə Boeing 787-8 Dreamliner modelidir. Bu model üçün ilk böyük qəza hesab olunur. Boeing, Air India-ya dəstək verəcəyini bildirib.

Air India-nın keçmişdə də bir neçə ciddi qəzaları olub. Hindistan bu səbəbdən aviasiya təhlükəsizliyini artırmağa çalışsa da, problemlər qalır.

Mənbə:CNN

Tərcümə etdi:Rəna Qarayeva

Paylaş
Şərh əlavə et