Bu gün:

ABŞ-dən İraqa getməmək barədə xəbərdarlıq


Birləşmiş Ştatlar Yaxın Şərqdəki bəzi personalına vətənlərini tərk etmək əmri verildikdən sonra vətəndaşlarına “hər hansı səbəbdən” İraqa getməmək barədə xəbərdarlıq edib.

ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada vacib olmayan dövlət işçilərinə ölkələrini tərk etmələri barədə göstəriş verildiyi xatırladılıb.

Bəyanatda İraqa səyahət tövsiyəsi "səyahət etməyin" mənasını verən 4-cü səviyyəyə qaldırılıb və qırmızı xəbərdarlıq edilib.

Bəyanatda qərarın səbəbi kimi "terror, adam oğurluğu, silahlı qarşıdurma, vətəndaş iğtişaşları və ABŞ hökumətinin İraqdakı vətəndaşlarına lazımi təcili yardım xidmətləri göstərmək imkanlarının məhdudluğu" göstərilib və "Heç bir səbəblə İraqa səfər etməyin" xəbərdarlığı yer alıb.

Bəyanatda ABŞ hökumətinin İraqdakı personalının sıx təhlükəsizlik şəraitində yaşayıb işləməsinin gözlənildiyi vurğulanaraq "İraqda terror zorakılığı, terror hücumları və digər fəaliyyətlər riski var".

Yaxın Şərqdə kadr qərarı

ABŞ Dövlət Departamenti və Müdafiə Departamenti Yaxın Şərqdəki qeyri-vacib Amerika personalına xidmət etdikləri ölkələri tərk etmələrinə icazə verildiyini açıqlayıb.

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ personalının bir hissəsini Yaxın Şərqdə tərk etmək qərarı “bölgənin təhlükəli yerə çevrilə biləcəyi” üçün verilib.

Mənbə: TRT haber

Tərcümə etdi: Ayşən Səlimova

Paylaş
Şərh əlavə et