Beynəlxalq nüvə nəzarəti agentliyinin idarə heyəti 20 ildən sonra ilk dəfə olaraq rəsmi şəkildə İranı nüvə silahlarının yayılmaması qaydalarını pozmaqda günahlandırıb.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) 35 üzvündən 19-u ABŞ, Böyük Britaniya, Fransa və Almaniya tərəfindən təqdim edilmiş qətnamənin lehinə səs verib.
Qətnamədə İranın MAQATE-yə bəyan edilməmiş nüvə materialları və fəaliyyəti ilə bağlı tam cavablar verməkdəki “çoxsaylı uğursuzluqları”nın “öhdəliklərin pozulması” kimi qiymətləndirildiyi bildirilir. Qətnamədə həmçinin, İranın zənginləşdirilmiş uran ehtiyatlarının miqdarı ilə bağlı narahatlıq ifadə olunur. Bu maddə həm nüvə reaktorlarında yanacaq istehsalında, həm də nüvə silahı hazırlanmasında istifadə oluna bilər.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
