Planetin ən varlı adamı İlon Mask X səhifəsində ABŞ prezidenti Donald Tramp haqqında söylədiyi fikirlərə görə peşman olduğunu yazıb. Milyarder X səhifəsində Trampı işarələyərək, "Keçən həftə prezidentlə bağlı yazdığım bəzi yazılara təəssüflənirəm. Onlar həddən artıq irəli gediblər".

Bir neçə saat əvvəl o, ABŞ-ın vitse-prezidenti J.D.Vansın İlon Maskın Hökumətin Səmərəliliyi Departamentində işlədiyinə görə sərvətinin 25%-ni itirməsi ilə bağlı Bloomberg məqaləsindən skrinşotunu yerləşdirən postunu retvit edib.
"Musk siz ürəkdən təşəkkür etməyə hazırsınızmı?" Vens soruşdu.
Mənbə: bbc
Tərcümə etdi: Fatimə Umarbəy
