Böyük Britaniya və İspaniya illərdir insanların və malların quru sərhədi üzərindən sərbəst keçə bilməsini təmin etmək üçün razılığa gəlməyə çalışırlar.

Aİ və Böyük Britaniya İspaniya və Cəbəllütariq arasında insanların və malların heç bir fiziki maneə olmadan davamlı dövriyyəsini təmin etmək üçün siyasi razılaşma əldə ediblər.
Avropa komissarı Maros Şefçoviç bunu “İspaniya da daxil olmaqla Aİ, həmçinin Böyük Britaniya və Cəbəllütariq üçün həqiqətən tarixi mərhələ” adlandırıb.
Onun sözlərinə görə, bu, İspaniyanın Xarici İşlər Naziri Xose Manuel Albares, Böyük Britaniyanın Xarici İşlər Naziri David Lammy və Cəbəllütariqin Baş Naziri Fabian Pikardo ilə "uğurlu görüşdən" sonra baş verib.
Mənbə:Euronews
Tərcümə etdi:Səmayə Səftərova
