Bu gün:

ABŞ və Çin arasında saziş


ABŞ və Çin arasında gömrük rüsumları haqqında saziş imzalanıb. Mövzu ilə bağlı danışan ABŞ prezidenti Donald Tramp razılaşmanın tamamlandığını bildirib. Buna görə ABŞ Çindən gələn məhsullara 55 faiz, Çin isə 10 faiz vergi tətbiq edəcək.

Tramp sosial media hesabında bu açıqlamaları verib:

"Prezident Xi və mənim son təsdiqimizə əsasən, Çinlə müqaviləmiz tamamlandı. Çin əvvəlcədən tam maqnitlər və bütün zəruri nadir torpaq elementlərini tədarük edəcək. Eynilə, biz Çinə razılaşdırılanları, o cümlədən universitetlərimizdən və kolleclərimizdən istifadə edən çinli tələbələri təmin edəcəyik (bu, mənim üçün həmişə müsbət olub!). Biz ümumi 55 faiz tarif alırıq, Çin isə bu məsələyə yüksək faizlə yanaşdığı üçün təşəkkür edirik!"

Mənbə: A haber

Tərcümə etdi: Ayşən Səlimova 

Paylaş
Şərh əlavə et