Etirazçılar çərşənbə axşamı axşamı Ballymena şəhərində baş verən daha bir iğtişaşda polisə qarşı benzin bombaları, kərpiclər və fişənglər atıblar.
İğtişaş nəticəsində beş nəfər həbs edilib. Daha 17 polis əməkdaşı xəsarət alıb və beləliklə, xəsarət alanların ümumi sayı 32-yə çatıb.
Polis əməkdaşları etirazçıları dağıtmaq üçün plastik güllələrdən və su şırnağından istifadə edib, avtomobillər yandırılıb və bir neçə evin pəncərələri sındırılıb.
Qarışıqlıq Bəlfastın Antrim qraflığında cinsi təcavüz iddiası ilə bağlı keçirilən dinc etiraz aksiyasından sonra bazar ertəsi günü başlayıb.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
