Bu gün İstanbul 18-ci Cəza Məhkəməsində Zəfər Partiyasının başqanı Ümit Özdağın “ictimaiyyəti açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək” ittihamı ilə keçirilən işin ilk iclası keçirilir.

Özdağ məhkəmənin keçirildiyi yerə gətirilib. O, sosial media hesabında paylaşdığı paylaşımda vəkilləri vasitəsilə Silivri Cəzaçəkmə Müəssisəsinin daxilindəki məhkəmə zalında keçiriləcək iclasa çağırış edib.
Özdağ təxminən 50 səhifəlik müdafiəsində tez-tez eyni məsələni vurğulayaraq mühakimə olunmasının əsl səbəbinin PKK ilə danışıqları tənqid etməsi olduğunu müdafiə edib.
PKK-ya etibar edilə bilməyəcəyini düşündüyünü deyən Özdağ bildirib: "PKK-ya ancaq diz çöküb təslim olduğunu bəyan etdiyi halda müraciət edilməlidir". Özdağ türk millətinin və dünyanın bu gerçəyi bildiyini və tarixin belə yazacağını qeyd edib.
Mənbə: Bbc news
Tərcümə etdi: Aysel Mirzəyeva
