Süni intellekt sahəsində fəaliyyət göstərən OpenAİ şirkəti illik gəlirini 10 milyard dollara çatdırdığını açıqlayıb. Bu göstərici ötən illə müqayisədə 82 faiz artım deməkdir.
Şirkətin gəlirlərindəki bu kəskin artım əsasən həftəlik 500 milyon aktiv istifadəçi və 3 milyon biznes müştərisindən əldə olunan abunə haqları sayəsində mümkün olub. Qeyd olunur ki, keçən il OpenAİ-nin illik təkrarlanan gəliri 5,5 milyard dollar təşkil edib.
Buna baxmayaraq, OpenAİ-nin uzunmüddətli hədəfi daha iddialıdır. Şirkət 2029-cu ilə qədər illik gəlirini 125 milyard dollara çatdırmağı planlaşdırır.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
