Böyük Britaniya iki ifrat sağçı İsrail nazirinə Qəzza ilə bağlı açıqlamalarına görə sanksiya tətbiq edib.
Böyük Britaniyanın Xarici İşlər Naziri David Lammi tərəfindən açıqlanan tədbirlərə əsasən Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir və Maliyyə naziri Bezalel Smotrich səyahət qadağalarına məruz qalacaq və onların aktivləri dondurulacaq.
İsrailin bəyanatında deyilir: “Seçilmiş nümayəndələr və hökumət üzvlərinin belə tədbirlərə məruz qalması qalmaqallıdır”.
Lammi deyib ki, iki nazir ekstremist zorakılığı və fələstinlilərin insan haqlarını ciddi şəkildə pozmağa təhrik ediblər: “Bu hərəkətlər qəbuledilməzdir. Ona görə də biz indidən tədbir görürük, cavabdehləri məsuliyyətə cəlb edirik. Biz Qəzzada dərhal atəşkəsə nail olmaq, Qəzzanın idarə olunmasında gələcəkdə heç bir rolu olmayacaq Həmas tərəfindən qalan girovları dərhal azad etmək, yardımları artırmaq və iki dövlətli həll yolunu açmaq üçün çalışacağıq”.
İsrailin xarici işlər naziri Gideon Saar deyib ki, nazirlər kabineti onun "qəbuledilməz qərar" adlandırdığına cavab vermək üçün gələn həftə görüşəcək.
Mənbə: BBC news
Tərcümə etdi: Aysel Mirzəyeva
