Apple WWDC 2024-də "Liquid Glass" (Maye Şüşə) adlı tamamilə yeni iPhone interfeysini təqdim etdi. Şəffaf və dinamik dizaynı ilə diqqət çəkən bu yenilik istifadəçilər arasında müzakirələrə səbəb oldu.
Yeni interfeys, real vaxtda reaksiya verən canlı nişanlar və təkmilləşdirilmiş tema seçimləri təqdim edir. Lakin bəzi istifadəçilər dizaynın çox parlaq və qarışıq olduğunu bildirirlər.
iOS 18-in beta versiyası artıq mövcuddur, rəsmi buraxılış isə payızda gözlənilir. Apple istifadəçilərin tezliklə bu yeniliyə alışacağını vəd edir.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
