Bu gün:

Nigeriyada partlayış olub


Nigeriyanın şimal-qərbindəki Sokoto ştatında baş verən partlayış nəticəsində 6 nəfər ölüb.Sokoto polisinin sözçüsü Əhməd Rufai verdiyi açıqlamada bildirib ki, partlayış ştatın Qvabro kəndində baş verib. Hadisəyə kustar üsulla hazırlanmış partlayıcı qurğunun səbəb olduğu güman edilib. O qeyd edib ki, partlayış nəticəsində 6 nəfər həlak olub, çoxlu sayda yaralı var.

Hadisə ilə bağlı istintaqın davam etdiyini vurğulayan Rufai partlayışla bağlı hər hansı təfərrüat açıqlamayıb.

Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşib.

Ölkə höküməti  yanvar ayında Lakuravanı terror qruplaşması elan edib.

Mənbə: Haber Global

Tərcümə etdi: Səyyarə Mirzəyeva

Paylaş
Şərh əlavə et