Bu gün:

Avropa Komissiyasının rəhbəri Aİ okean paktını açıqlayıb


Aİ paktı okeanlarda təbii yaşayış yerlərini bərpa etmək və dəniz sənayesinin rəqabət qabiliyyətini təşviq etmək məqsədi daşıyır.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Nitsada keçirilən BMT-nin Okean Konfransında Aİ Avropanın sahillərini, dənizdə və ətrafında həyatı qorumaq üçün yeni okean paktı imzalayıb. O, AB-nin məqsədinin 2030-cu ilə qədər Avropanın dəniz ekosistemlərinin 20%-ni həyata qaytarmaq olduğunu bildirib.

"Biz beş il ərzində plastik və qida maddələrinin çirklənməsini yarıya endirməyə çalışacağıq",- deyib və əlavə edib: "Biz təbii yaşayış yerlərini bərpa edəcəyik və sahillərimizi iqlim dəyişikliyinin təsirindən daha effektiv şəkildə qoruyacağıq".


Mənbə:Euronews

Tərcümə etdi:Səmayə Səftərova

Paylaş
Şərh əlavə et