Bu gün:

Vladislav Horay öldürülüb


Tanınmış ukraynalı opera müğənnisi Vladislav Horay ərazi uğrunda cəbhədə döyüşün davam etdiyi Sumı vilayətində könüllü səfərdə olarkən öldürülüb.

Horay Odessa Milli Operasının solisti idi və o, səsi bütün dünyada  “dünya səviyyəli tenor” və “Ukraynanın əməkdar artisti” kimi tanınırdı.

Opera teatrı verdikləri itki barədə bazar günü Facebook-da yazıb:

"Faciəli xəbərlər Ukraynanın bütün incəsənət ictimaiyyətini sarsıtdı. (Horay) təkcə istedadlı ifaçı deyildi, o, həyatda güc, ləyaqət və xeyirxahlıq nümunəsi idi”.

Yazıda Horayın necə öldüyü barədə məlumat verilməyib.

Odessa opera evinin bildirdiyinə görə, onun son çıxışı ölümündən bir gün əvvəl olub, Horay Neapolitan mahnısı olan “O Sole Mio” mahnısını oxuyan videosunu yükləyib.

"Bu gün bu videonu sizinlə paylaşırıq. Bu sadəcə ifa deyil. Bu, vidadır. Son konsertdir. Səhnə üçün yaşayan, ruhunun bir parçasını orada qoyan müğənninin son hədiyyəsidir".

Horay 1993-cü ildə Odessa Milli Akademik Opera və Balet Teatrına qoşulub, ABŞ, Britaniya, Kanada və bir çox başqa ölkələrdə çıxış edib. O, həmçinin Britaniyaya qastrol səfərində olub və London Royal Albert Hall-da çıxış edib.  

Mənbə: CNN

Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et