Bu gün:

Cənubi Koreya altı Toni mükafatı qazanıb


Cənubi koreyalılar Toni mükafatlarında ilk qələbələrini qeyd edirlər və bu nailiyyətin ölkələrinin mədəni güc kimi statusunu göstərdiyini bildirirlər.On il əvvəl Cənubi Koreyada səhnələşdirilərək böyük şöhrət qazanan ‘Bəlkə də Xoşbəxt Sonluq’ adlı Broadway musiqili altı Toni mükafatına layiq görülüb, o cümlədən ‘Ən Yaxşı Musiqili Tamaşa’ nominasiyasında da qalib gəlib.

“Bəlkə də Xoşbəxt Sonluq” Seulun kənarında bir mənzildə yaşayan iki insanabənzər robot arasında baş verən romantik münasibətdən bəhs edir. Tamaşa bazar günü keçirilən mükafatlandırma mərasiminə 10 nominasiyada təqdim olunub. 

Toni mükafatı ilə Cənubi Koreya artıq ABŞ-nin əyləncə sahəsindəki dörd ən nüfuzlu mükafatını qazanmış olur. “Squid Game” serialı 2022-ci ildə Emmi mükafatlarını, “Parazit” filmi 2020-ci ildə dörd Oskar mükafatını qazanıb. Sopran Sumi Jo isə 1993-cü ildə Grammi mükafatı alıb.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov




Paylaş
Şərh əlavə et