Bu gün:

Mask böhranı NASA layihələrini təhlükəyə ata bilərmi?


Donald Tramp ilə Elon Mask arasında xərcləmə qanun layihəsi ilə bağlı yaranan gərginlik NASA-nın büdcəsinin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi daha da artırıb.ABŞ-nin kosmos agentliyinin elmi layihələrinin demək olar ki, yarıbayarı azaldılmasını nəzərdə tutan büdcə tələbi Ağ Ev tərəfindən Konqresə təqdim olunub. Hal-hazırda inkişaf mərhələsində olan və ya kosmosda fəaliyyət göstərən 40 elmi missiya ləğv edilmə təhlükəsi ilə üz-üzədir.Digər tərəfdən ABŞ Prezidenti Donald Tramp Elon Maskı SpaceX şirkəti ilə bağlanmış federal müqavilələri ləğv etməklə hədələyib.

Mənbə:BBC NEWS

Tərcümə etdi:Səmayə Səftərova

Paylaş
Şərh əlavə et