İsrailin müdafiə naziri Yisrael Katz humanitar yardım aparan Madleen gəmisinin Qəzzaya çatmasının qarşısını almaq üçün orduya əmr verdiyini açıqlayıb.
Soyqırım naziri Katz sosial media hesabında etdiyi paylaşımda İsrailin Qəzzaya tətbiq etdiyi embarqodan yan keçmək üçün dünyaca məşhur iqlim fəalı Qreta Tunberq də daxil olmaqla 12 nəfərlə Misir ərazi sularında irəliləyən Madleen humanitar yardım gəmisini təhdid edib.
İsrail Baş Qərargah rəisi Eyal Zamir və dəniz qüvvələri komandirləri ilə görüşünün fotosunu paylaşan Katz bu açıqlamaları verib: "Mən İsrail ordusuna Madlin donanmasının Qəzzaya çatmasının qarşısını almaq üçün lazım olan hər şeyi etməyi tapşırmışam. Antisemit Qreta və Həmas təbliğat ruporlarına açıq şəkildə deyirəm: Geri qayıdın, çünki Qəzzaya çatmayacaqsınız". Katz bildirib ki, İsrail Qəzzanın blokadasını yarmaq cəhdinə qarşı "dənizdə, havada və quruda hərəkətə keçəcək".
Mənbə: TRT haber
Tərcümə etdi: Ayşən Səlimova
