ABŞ Prezidenti Donald Tramp Los-Anceles bölgəsində baş verən iğtişaşlardan sonra Milli Qvardiyanın 2,000 əsgərinin bölgəyə göndəriləcəyini elan edib və onlara gördükləri iş üçün təşəkkür edib.
Qərar Miqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən sənədsiz miqrantlara qarşı keçirilən reydlər və bu səbəbdən yaranan qarşıdurmalardan sonra verilib. Tramp administrasiyası ötən ay federal agentlərə gündə 3,000 nəfəri həbs etməyi tapşırıb.
Xüsusilə, əhalisinin çoxu Latın amerikalılardan ibarət olan Paramount rayonunda ICE agentləri ilə sakinlər arasında qarşıdurmalar yaşanıb və gözyaşardıcı qazdan, eləcə də az öldürücü sursatlardan istifadə olunub.
Normalda ştat rəhbərliyi tərəfindən idarə olunan Milli Qvardiya, xüsusi hallarda prezidentin əmri ilə də aktivləşdirilə bilər. Kaliforniya qubernatoru Qavin Nyusom isə Trampın bu addımını “qəsdən təhrikedici” adlandırıb.
Mənbə: BBC News
Tərcümə etdi: Zeynəb Yunuszadə
