Ukrayna Müdafiə Nazirliyi Rusiyanı İstanbulda aparılan danışıqlarda əldə olunan razılaşmaları həyata keçirməyə çağırıb.
Ukrayna Müdafiə Nazirliyi İstanbul danışıqlarında əsirlərin dəyişdirilməsi və ölən əsgərlərin cəsədlərinin dəyişdirilməsi ilə bağlı əldə olunan razılaşmaların yerinə yetirilməməsi ilə bağlı Rusiyaya açıqlamasında narahatlığını bildirib. Ukrayna Rusiyanı vədlərini yerinə yetirməyə çağırıb.
Ukrayna Rusiyaya verdiyi açıqlamada qeyd edib ki, əsirlərin və ölən əsgərlərin dəyişdirilməsi ilə bağlı Rusiyanın dedikləri ilə etdikləri arasında uyğunsuzluq var. O, həmçinin Rusiyanı birtərəfli hərəkət etdiyinə və əvvəlki razılaşmalardan kənara çıxmasına görə tənqid edib.
Ukrayna Rusiyadan vəd etdiyi kimi və əvvəlki razılaşmalara uyğun hərəkət etməyi tələb edib. Xüsusilə cəsədlərin qaytarılması ilə bağlı razılığın əldə edildiyini, lakin Rusiyanın bu mövzuda ardıcıl olmayan addımlar atmağa davam etdiyini vurğulayıb.
Ukrayna Rusiyanı həll yönümlü bir şəkildə və beynəlxalq müqavilələr çərçivəsində prosesdə irəliləməyə çağırıb.
Mənbə: Cnn türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
